EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
“Unibank” müştərilərinin hesabından pul silindi - Bank açıqlama yaydı

“Unibank” müştərilərinin hesabından pul silindi - Bank açıqlama yaydı

"Unibank" müştərilərinin hesablarından pul silinir. "Qafqazinfo" xəbər verir ki, bu barədə bankın müştəriləri sosial şəbəkədə məlumat paylaşıblar. 

Məsələ ilə bağlı açıqlama yayan "Unibank" məlumatı təsdiq edib. Lakin bank narahatlığa əsas olmadığını bildirib:

 

"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək".

Facebook