Ukrayna bu İŞİD terrorçusunu Gürcüstana verdi

Ukrayna bu İŞİD terrorçusunu Gürcüstana verdi

Ukrayna “Əl Bara Şişani” ləqəbli İŞİD terrorçusu Sezar Toxosaşvilini Gürcüstan tərəfinə təhvil verib.

 

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

“Terrorçuluqda ittiham olunan və İnterpol tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Sezar Toxosaşvili Tiflis aeroportunda gürcü tərəfinə təhvil verildi. Toxosaşvili 2019-cu ilin noyabrın 12-də Kiyevdə saxlanılmışdı”, - məlumatda qeyd olunub.

Facebook