UEFA rəsmən açıqladı: AVRO-2020 AVRO-2021 oldu

UEFA rəsmən açıqladı: AVRO-2020 AVRO-2021 oldu

UEFA İcraiyyə Komitəsi rəsmi qərarını açıqlayıb.

 

Rakurs.tv xəbər verir ki, AVRO-2020 rəsmi olaraq koronavirus təhlükəsinə görə 12 ay sonraya keçirilib. Təklif olunan yeni tarix 2021-ci ilin 11 iyun – 11 iyul tarixləridir.

 

Kişi və qadınlar üzrə klub və milli komandaların oyunları (yoldaşlıq oyunları da daxil olmaqla) qeyri-müəyyən müddətə təxirə salınıb. Martın sonlarına planlaşdırılmış AVRO-2020-nin pley-off matçları və yoldaşlıq oyunları iyunun əvvəlinə salınıb.

 

UEFA liqalar və klubların nümayəndələrinin iştirakı ilə cari mövsümün başa çatması üçün təqvimi müəyyənləşdirmək üçün İşçi Qrupu yaradıb.

UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verib. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

 

UEFA-nın bayrağı altında keçirilən klub və milli komanda yarışlarının vaxtları haqda qərarlar daha sonra elan ediləcək. 

Facebook