UEFA Azərbaycanın 7 klubuna vəsait ayırıb

UEFA Azərbaycanın 7 klubuna vəsait ayırıb

UEFA 2018/19-ci il mövsümünü əhatə edən “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış etmiş 7 kluba vəsait ayırıb. 

 

Siyahıda yalnız çempion “Qarabağ” yer almayıb. 

 

UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına ödənişlər AFFA-nın vasitəçiliyi ilə köçürülüb. Hər kluba 56 794,43 avro ayrılıb.

 

"Neftçi" – 56 794,43 avro

"Səbail" – 56 794,43 avro

"Qəbələ" – 56 794,43 avro

"Zirə" – 56 794,43 avro

"Sumqayıt" – 56 794,43 avro

"Sabah" – 56 794,43 avro

"Keşlə" – 56 794,43 avro

 

Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait   klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan komandanın hesabına köçürüləcək.

Facebook