Uber-in gəlirləri birinci rübdə 2.9 milyard dollar azalıb

Uber-in gəlirləri birinci rübdə 2.9 milyard dollar azalıb

ABŞ-ın "Uber Advanced Technologies" şirkətinin xalis gəlirləri yeni növ koronavirus pandemiyası fonunda 2,9 milyard dollar azalıb.

Bunu şirkətin 2020-ci ilin birinci rübünə aid maliyyə hesabatları təsdiqləyib.

Martın 31-də başa çatan hesabat dövrü üçün şirkətin gəlirləri 3,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azdır. "Uber" taksi xidmətinə edilən sifarişlərin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb, onların ümumi dəyəri 15,8 milyard dollar təşkil edib.

Daha əvvəl şirkət rəhbərliyi pandemiya fonunda sərnişin axınının kəskin azalması səbəbindən işçilərinin təxminən 14 faizinin işdən azad edilməsinə qərar verib.

"Uber" mobil telefonda tətbiqi ilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən məşhur onlayn nəqliyyat daşınmaları xidmətidir. Bu şirkət 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Qarret Kemp tərəfindən təsis edilib və hazırda 80-ə yaxın ölkənin 500-dən çox şəhərində fəaliyyət göstərir.

Facebook