Təyyarə qəzasında ölənlərdən daha biri iş adamının qızı imiş - Foto

Xəbər verdiyimiz kimi, dünən İranda dəhşətli təyyarə qəzası baş verib.

Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçan təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hər kəs həlak olub.

İlkin məlumatara görə, təyarənin Türkiyənin məşhur iş adamlarından sayılan, "Başaran" holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən olunmuşdu. Hüseyn Başaranın qızı Minə Başaran BƏƏ-yə 7 rəfiqəsi ilə birlikdə "subaylığa vida" şənliyi üçün gediblərmiş.

Картинки по запросу Mina Başaran

Hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Təyyarəni Türkiyə hava qüvvələrinin qadın pilotları Məlikə Kuvvet və Beril Gebeşin idarə etdiyi məlum olub. Eda Uslu isə xidmətçi olaraq ekipaj üzvü ilə birlikdə gedib. Təyyarədə uçan digər 7 qız Minə Başaranın yaxın rəfiqələri olub.

Türkiyə mətbuatı Minə Başaranın ölən rəfiqələrinin adlarını da açıqlayıb. 

Adların siyahısı: Liana Hananel, Zeynəb Coşkun, Jasmin Baruh, Aslı İzmirli, Ayşe And, Sinem Akay və Burcu Urfalı.

 

İranın cənub-qərbində Şehrekürd bölgəsində düşən təyyarənin qara qutusu da tapılıb. Təyyarənin dağa çırpılmazdan öncə pilotların yardım tələb etməsi məlum olub. Pilotlar təcili "enmə tələbi" ediblər. Məlumata görə, təyyarə havaya qalxdıqdan az sonra enmə tələb edib. Pilotun bu tələbindən sonra onunla əlaqə tamamilə kəsilib. Buna səbəb olaraq ilkin ehtimallar təyyarədə texniki nasazlığın olması və ya quş sürüsünün dəyməsi olub.

Təyyarə qəzasında ölənlərdən daha bir qızın iş adamının övladı olması olub. Siyahıda adı qeyd olunan Zeynəb Coşkun Bursadan olan iş adamı Orhan Coşkunun qızıdır.

Son məlumatlara görə, qəzaya uğrayan təyyarədə 11 nəfər olsa da hazırda 10 nəfərin cəsədi aşkar edilib. Cəsədlərdən 8-i təsbit edilib. 2-si isə yanaraq parçalanıb. Bu səbəbdən 2 nəfərin kimliyi dəqiqləşdirmək mümkün olmayıb.

Gənc qızlar Dubaydakı keçirdikləri son günlərini sosial mediada paylaşıblar. 

Əlavə olaraq onu da qeyd edək ki, iş adamının ölən qızı Minə Başaran Türkiyədə tanınan iş adamı Murat Gezer ilə oktyabr ayında nişanlanmışdı. Cütlük aprel ayının 14-də evlənməyi planlaşdırırdı. Son məlumatlara görə, qəzada ölən qızlar arasında başqa evlənəcək olanlar da var imiş. (Musavat.com)