“Twitter” istifadəçiləri prezidenti məhkəməyə verdi

ABŞ prezidenti Donald Tramp ictimai media platforması “Twitter” istifadəçiləri tərəfindən məhkəməyə verilib.

Bir qrup istifadəçi  Trampın onlara maneə törətdiyini idda edir. Columbia Universitetinə bağlı Knight First Amendment İnstitutu və 7 fərdi istifadəçi ərizələrində prezidentin şəxsi “Twitter” hesabında  tənqid, istehza və ya etiraz tipli şərhlər yazdıqdan sonra əngəlləndiklərini bildiriblər.

İddianı qaldıranlar, Trampın davranışının ABŞ Konstitusiyasının ifadə azadlığını təmin edən 1-ci maddəsinə zidd olduğunu bildirirlər.