Türkmənbaşı əfv fərmanı imzalayıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuxammedov ölkənin müstəqillik günü ərəfəsində 868 məhbusu əfv edib.
 
Bu barədə Azadlıq Radiosu xəbər verib.
 
Türkmən cəmiyyətinin bütün aspektlərinə nəzarət edən Berdimuxammedov bir ildə bir neçə dəfə əfv fərmanı imzalayır. Müstəqillik bayramı sentyabrın 27-də qeyd olunur.
 
Mayda, müsəlmanların Ramazan ayına düşən əhya gecəsi münasibətilə Berdimuxammedov 764 məhbusu əfv etmişdi.
 
Berdimuxammedovun sələfi Saparmurat Niyazov yalnız Ramazan bayramında amnistiya imzalayırdı.
 
Əfv fərmanları adətən siyasi məhbusları əhatələmir.