Türkiyənin keçmiş müdafiə naziri öldürüldü

Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan İstanbulda boğazından yaralanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Keçmiş naziri aralarında borc məsələsi olduğu iddia edilən Yüksəl Qarababa adlı şəxsin bıçaqladığı bildirilir.

Qarababa artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.