Türkiyənin Danimarka səfirliyinə molotov kokteyli ilə hücum

Türkiyənin Danimarkadakı səfirliyinə hücum təşkil edilib.
 
Türkiyə KİV-inə istinadən xəbər verilir ki, 2 nəfər molotov kokteyli ilə səfirlik binasına hücum edib. Hadisə zamanı bina boş olub və heç kim xəsarət almayıb. Binaya kiçik maddi zərər dəydiyi deyilir.
 
Polis tərəfindən araşdırma aparılır.