Türkiyədə vertolyot qəzasında 13 hərbçi həlak oldu

Türkiyədə vertolyot qəzasında 13 hərbçi həlak olub. Hadisə Şırnak vilayətində baş verib. Vertolyot hava qalxandan bir az sonra yüksək gərginlikli naqillərə toxunaraq qəzaya uğrayıb.

Vertolyotda olan 13 hərbçi həlak olub. Yerli saytların verdiyi məlumatlara görə, Baş Qərargah rəisi Hulusi Akar, Baş nazirin müavini Mehmet Şimşək, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Fikri İşık hadisə yerinə gediblər.