Türkiyədə silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər şəhid olub

Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər şəhid olub.

“Hürriyet”ə istinadən xəbər verilir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 20 hərbçi yaralanıb.