Türkiyədə "quş qripi" aşkarlandı

Türkiyənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb.

Bu haqda Türkiyə KİV-nə istinadən xəbər verilir. 

Məlumata görə "quş qripi" virusu aşkarlanan kənddə, xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.

"Quş qripi" tez bir zamanda aşkarlandığı üçün və operativ profilaktik tədbirlər nəticəsində virusun insanlara keçmə riski qeydə alınmayıb.

Hazırda ətraf kəndlərdə "quş qripi"nə qarşı analoji olaraq profilaktik tədbirlər keçirilir.

Qeyd edək ki, son dəfə Türkiyədə "quş qripi" 2015-ci ilin iyun ayında İstanbulda aşkarlanıb.

İstanbulda "quş qripi"nin aşkarlanması faktından sonra ölkədə uzun müddət profilaktik məqsədlərlə sentyabrın sonunadək vəhşi quşların ovuna qadağa qoyulmuşdu.