Türkiyədə növbədənkənar seçkiyə çağırış

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri təklif olunub.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı avqustun 26-da növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edib.

Baxçəli deyib ki, Türkiyənin bu ağırlıq altında daha çox qalması, 3 noyabr  2019-a  qədər səbrlə  dayanması mümkün deyil.

Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı sabah MHP lideri ilə görüşəcəyini bildirib.