Türkiyədə mənzil alan azərbaycanlıların sayı artır

Əlində pulu olan bir çox azərbaycanlı Türkiyədə mənzil alır

Türkiyənin Statistika Komitəsi xəbər verir ki, 2018-ci ilin Fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 63 mənzil alıblar. 

2017-ci ilin Fevraında azərbaycanlılar Türkiyədə 55 mənzil almışdılar.

2018-ci ilin Yanvar-Feval aylarında azərbaycanlılar Türkiyədə 128 mənzil alıblar. 2017-ci ilin iki ayında bu say 109 mənzil idi.

Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə isə 942 mənzil alıblar.

Türkiyə daxilində mənzil satışları 2018-ci ilin Fevral ayında əvvəlki ilin eyni ayı iləmüqayisədə 5,4 faiz azalaraq 95 min 953 olub.

Əcnəbilərə mənzil satışları əvvəlki ilin eyni ayı ilə müqayisədə 32,4%  artaraq 1 758 mənzil təşkil edib.

Azadliq.info