Türkiyədə millət vəkili həbs edildi

Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Besimə Qönçə həbs edilib.

Rakurs TV-nin məlumatına görə, deputat silahlı terror təşkilatına üzvlükdə və terror təbliğatında ittiham edilib. O, daha əvvəl həbs edilsə də, mayın 3-də ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılmışdı. Lakin prokurorluq bununla razılaşmamış və qərara etirazını bildirmişdi. Mayın 8-də ali məhkəmə Besimə Qönçənin yenidən saxlanılması barədə qərar qəbul etmişdi.

Deputat 20 gün sonra Batman hava limanında saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Besmiə Qönçə barəsində həbs-qətimkan tədbiri seçilib.