Türkiyədə keçiriləcək seçkilərlə əlaqədar Azərbaycanda səsvermə məntəqələri yaradılacaq

Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Azərbaycanda səsvermə məntəqələri açılacaq.

APA-nın Türkiyə Ali Seçki Kuruluna istinadən verdiyi məlumata görə, iyunun 17-də Türkiyənin Azərbaycandakı Səfirliyində, Gəncədəki Baş konsulluqda və Naxçıvandakı baş konsulluqda səsvermə məntəqəsi qurulacaq. Məntəqələr səhər saat 9:00-dan axşam saat 21:00-a kimi fəaliyyət göstərəcək.

Prezident seçkiləri ilə bağlı ikinci tur keçirilərsə, səsvermə Azərbaycanda iyulun 1-də təşkil olunacaq.