Türkiyədə hərbi təyyarə partladı: 3 şəhid

Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.

Türkiyənin NTV telekanalına istinadən verilən  məlumata görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib.

CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

İsparta valisi Şehmus Günaydın təyyarədə olan 3 nəfərin həlak olduğunu bildirib.

Qəzanın səbəbləri araşdırılır.