Türkiyədə hərbçilərin dəfn mərasimləri ilə bağlı qadağa

“NewsTurk”-ə istinadən verilən xəbərə əsasən, Türkiyə hakimiyyəti ölkənin bütün 81 əyalətinə məktub göndərib. Məktubda yazılı şəkildə göstəriş verilir ki, matəm mərasimləri zamanı Şopenin bəstələdiyi “Matəm marşı” səsləndirilməsin.

Üstəlik, bu dəyişiklik, ancaq hərbi qulluqçuların dəfn mərasimlərinə aiddir.

Adıçəkilən marşı, həyatını itirmişlərə həsr edilmiş və osmanlılı bəstəkar İtriyə aid olan “Segah Tekbiri” ilə əvəzlənəcək. Sözügedən əsər isə ənənəvi Osmanlı melodiyası ilə ifa edilir.

Qeyd edək ki, dəfn mərasimlərinin keçirilməsinə edilən dəyişikliklərin təşəbbüskarı Türkiyə Din İşləri üzrə İdarəsidir.