Türkiyədə 5 İŞİD üzvü ələ keçirildi

Terrorçu-kamikadzelər Hatay bölgəsində yaxalanıb. Onları təhlükəsizlik qüvvələri ələ keçirib.

Yaxalanarkən terrorçuların üzərindən silah-sursat, o cümlədən kamikadzelərin istifadə etdikləri partlayıcı kəmər götürülüb.

Baş nazir Binəli Yıldırım ictimaiyyət qarşısında çıxışında deyib ki, ikisi Türkiyə, üçü Suriya vətəndaşı olan terrorçular İŞİD qruplaşmasının üzvləridir. Onlar Ramazan bayramı günlərində ölkədə terror aktı törətmək niyyətində olublar.