Türkiyədə 34 maşın toqquşdu, ölən var - Video

Türkiyənin İnegöl bölgəsində zəncirvari qəza baş verib. "DHA"ya istinadən bildirilir ki, hadisə zamanı 1 tır, 3 avtobus və 30 avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 20-dən artıq şəxs müxtəlif bədən xəsarətləri alıb.

Hadisəyə səbəb yola tökülən mazut olub. Belə ki, avtomobil mazut üzərində sürüşüb və nəticədə 34 avtomobilin toqquşması qeydə alınıb.