Türkiyədə 15 iyul anım mərasimlərinə hücum hazırlayan İŞİD üzvləri yaxalandı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyədə 15 iyul dövlət çevrilişinin ildönümündə keçiriləcək anma mərasimlərinə qarşı hücum planlaşdıran İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib. Antiterror əməliyyatı İzmir və Mersində bölgələrində təşkil olunub. Keçirilən əməliyyat zamanı İzmirdə 22, Mersində 10 nəfər saxlanılıb.

Aparılan axtarış tədbirləri zamanı saxlanılanlara aid silah-sursat, təşkilati kitab və rəqəmsal materiallar ələ keçirilib. Onlardan bəzilərinin Suriyada gedən döyüşlərdə radikal qruplaşma sıralarında iştirak etdiyi bildirilib. Saxlanılan İŞİD üzvlərinin ifadələrinin alınması davam edir.