Türkiyə suriyalı qaçqınları siyahıya alacaq

Türkiyədə suriyalı qaçqınların siyahıya alınması keçiriləcək.

Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, suriyalı qaçqınların Türkiyədə mövcudluğu mürəkkəb məsələdir.

O həmçinin qeyd edib ki, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarından sonra 285 min qaçqın Suriyaya qayıdıb.

Qeyd edək ki, statistik məlumatlara əsasən, hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın mövcuddur.