Türkiyə Şimali Kiprdə hərbi-dəniz bazası yaratmağı planlaşdırır

Türkiyədə Şimali Kipr ərazisində hərbi-dəniz bazasının yaradılması məsələsi müzakirə olunur.
 
Trend-in məlumatına görə, bu məsələ Aralıq dənizində Yunanıstanla Türkiyə arasında gərginlik fonunda ortaya çıxıb.
 
Şimali Kiprdə hərbi-dəniz bazası 2019-cu ilin əvvəlində yaradıla bilər.
 
Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zərurət yaranacağı halda ölkəsinin Şimali Kiprdə hərbi-dəniz bazasının yarada biləcəyini demişdi.