Türkiyə, Rusiya və İran rəhbərləri görüşəcək

Türkiyə, Rusiya və İran rəhbərlərinin Suriya böhranı ilə bağlı üçtərəfli görüşü keçiriləcək. Trend-in məlumatına görə, görüşün sentyabrda Tehranda keçiriləcəyi gözlənilir.
 
Məlumata görə, görüş barədə Türkiyə Prezidentinin nümayəndəsi İbrahım Kalın bildirib. O, görüşün sentyabrın ilk həftəsinə planlaşdırıldığını qeyd edib.
 
Suriyada silahlı münaqişə 2011-ci ilin martında başlayıb.