Türkiyə prezidenti: "ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq"

“Biz Suriyada ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq”.

Rakurs.tv "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yol düşməzdən əvvəl Ankarada Atatürk hava limanında Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsələdən danışarkən bildirib.

“Suriya ilə sərhədboyu bütün hazırlıq işlərini tamamlamışıq. ABŞ məlum strateji ortağımızdır. NATO-da birlikdəyik. Bütün hallarda uzun illərdir ABŞ-la strateji ortaqlığımızı davam etdiririk. Biz yenə də müttəfiqik. ABŞ-la qarşı-qarşıya gəlmə kimi bir arzumuz da yoxdur. Ancaq ABŞ-ın da dəvət edilmədiyi bir yerdə hazırda terror qruplaşmasını dəsətkləməsini görməzliyə vura da bilmərik. Başqa sözlə, ABŞ-ın terrorçu PKK/YPG-PYD qruplaşmasını açıq-aşkar dəstəkləməsi ortalıqdadır. ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni müzakirə edəcəyik", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.