Türkiyə ordusu Afrindən sonra İdlibə girəcək

Rəcəb Tayyip Ərdoğan yaxın vaxtlarda Türkiyə ordusunun Afrin əməliyyatını yekunlaşdıraraq İdlibə girəcəklərini elan edib. Türkiyə KİV-nə istinadən xəbər verilir ki, əməliyyat İdlibdəki təhlükəni aradan qaldırmaq üçün həyata keçiriləcək.

“Afrin əməliyyatını dayandırmağımızı tələb etsələr də, terrorla mübarizəmiz davam edəcək. Afrindən sonra terrorçuları İdlibdən də qovacayıq”.

Rəcəb Tayyip Ərdoğan Suriyanın şimal-qərb bölgələrini terrorçulardan təmizləyərək əraziyə suriyalı qaçqınların köçürüləcəyini deyib.