Türkiyə ordusu 2 şəhid verdi

Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində terrorçuların yerləşdirdiyi mina partlayıb.
 
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 2 hərbçi, Tolqa Pəhləvan və Anıl Yalap şəhid olub, 1 nəfər isə yaralanıb. Yaralı əsgər helikopterlə xəstəxanaya çatdırılıb.
 
Ərazidə irimiqyaslı əməliyyata start verilib.