Türkiyə bayrağı Afrində dalğalandı

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatını davam etdirir. Türkiyə mediasına istinadən xəbər verilir ki, əməliyyatın 7-ci günündə Türkiyə bayrağını terrorçulardan təmizlənən bölgəyə asılıb.

Məlumata görə, "Zeytun budağı" adlandırılan əməliyyatın artıq yeddinci günündə məhmədciklər PKK/PYD/YPG terrorçularını bölgədən təmizləyib. Türk ordusu terrorçuların yerləşdiyi bölgələrdəki TV bloklarını ələ keçiriblər.

Zərərsizləşdirilən terrorçular ərazidən təmizlənərək TV binasına Türkiyə bayrağı asılıb.