Türkiyə Afrin əməliyyatındakı itkilərini açıqladı

Türkiyənin müdafiə naziri Nurəddin Canikli Afrin əməliyyatının başlamasından bəri Türkiyə ordusunun 5 hərbçisini itirdiyini bildirib. Türkiyə KİV-nə istinadən xəbər verilir ki, o bu barədə jurnalistlərə açıqlama verib.

“Ordumuz 5 hərbçisini itirsə də, Azad Suriya ordusu ilə birlikdə itkilərimiz 29 nəfərdir”.

Nazir “Zeytun budağı” əməliyyatı zamanı 458 hədəfin və 649 PYD döyüşçüsünün də öldürüldüyünü deyib.