Türk polisindən əməliyyat: Gülən həbs edildi

Ankara polisi bu gün FETÖ-yə bağlı olduğu müəyyən edilən 65 ünvanda əməliyyat keçirib, 87 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 87 şübhəlinin 47-si həbs edilib.

Həbs edilənlər arasında Fətullah Gülənin qardaşı oğlu Salman Gülən də var.