Türk ordusu PKK-nın 5 illik qadağasını qırdı - Foto

Türkiyə Silahlı Qüvvələri və ASO tərəfindən azad edilən Afrinin Şiran bölgəsindəki Nəbi Huri türbəsi ziyarətə açılıb.

Axar.az xəbər verir ki, türbəni ziyarət edən vətəndaşlar PKK-nın buranı ziyarət etməyi qadağan etdiyini xatırladıb:

“5 il idi ki, bu türbəni ziyarət etmək PKK tərəfindən qadağan edilmişdi. Türkiyə ordusunun zəfərindən sonra rahat şəkildə buraya gəlib-gedirik”.

Qeyd edək ki, Şiran bölgəsi fevralın 18-də PKK-dan azad edilib.