Türk ordusu Afrinin mərkəzində

Türk ordusu Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb.

Bu barədə NTV informasiya yayıb.

Afrin mərkəzi bölgəsinin tabeliyində olan Şavariqat Əl-Caviz və Melkiyə kəndləri terrorçulardan təmizlənib.

***

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Arfin yaxınlığındakı Böyük Halobu kəndi terrorçulardan azad edilib. Kəndin azad edilməsi ilə Afrinlə Azezi içməli su ilə təmin edən bənd ordu qüvvələrinin nəzarətinə keçib.

***

Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin Kafərməz kəndini terrorçulardan azad edib.

Kənd əhalisi ordu qüvvələrini sevinclə qarşılayıb.

Qeyd edək ki, Türkiyənin Afrinin 60 faizini terrorçulardan təmizlədiyi bildirilmişdi.