EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Tramp Ərdoğanı təhqir etdi

Tramp Ərdoğanı təhqir etdi

ABŞ Prezidenti Donald Tramp Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda təhqirə yol verib.

 

Operativ.tv "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nyu York Tayms qəzeti xəbər yayıb.

 

Xəbərdə vurğulanır ki, Donald Tramp son dərəcə diplomatik qaydalara zidd sözlər işlədib.

 

Donald Trampın Rəcəb Tayyib Ərdoğanı hətta "axmaq" adlandırdığı da rəsmi məktub olması iddia olunan mətndə əks olunub.

 

Diqqətə çatdırılır ki, məktub Türkiyənin Suriyada keçirdiyi "Sülh çeşməsi" hərbi əməliyyatının ilk günlərində ünvanlanıb.

 

"Gəl yaxşı razılaşma əldə edək. Sən minlərlə insanı qətl etməkdən məsul olmaq istəmərsən. Problemlərinizi həll etmək üçün çox çalışdım. Möhtəşəm razılaşma əldə edək. General Məzlum sizinlə müzakirə aparmaq istəyir və hətta keçmişdəki kimi güzəştlərə gedəcəyini də deyir", - deyə məktubda qeyd olunur.

 

Bildirilir ki, Donald Tramp dünən axşam saatında keçirdiyi mətbuat konfransında sözügedən məktubu təkzib edib.

Facebook