Tramp Putini təbrik etmədi

ABŞ prezidenti Donald Tramp Vladimir Putini yenidən prezident seçilməsi ilə bağlı təbrik etməyib.

Trampın mətbuat katibi Hoqan Qidley jurnalistlərə açıqlamasında Putinin qələbəsinin Vaşinqton üçün sürpriz olmadığını, Kremlə telefon zənginin isə planlaşdırılmadığını bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlığı davam etdirmək niyyətindədir.

“Biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirəcəyik, lakin Rusiya bizim maraqlarımızı təhdid edərsə, onu cavab verməyə məcbur edəcəyik”, Hoqan Qidley deyib.

“Biz seçkilərin nəticələrinə təəccüblənmədik”, – deyə o, əlavə edib.

azadliq.info