Tramp keçmiş ABŞ prezidentlərini axmaq adlandırdı

Türkiyə mediasına istinadən xəbər verilir ki, ABŞ Hava Qüvvələri tərəfindən bazar günü edilən bəyanatda iki "B-1 B" bombardman təyyarəsinin raket sınağına qarşı xəbərdarlıq üçün yarımada üzərində uçduğu bildirilib. Uçuş zamanı bu iki təyyarəyə, Yaponiya və Cənubi Koreya təyyarələri də qoşulub.

ABŞ-ın Sakit Okeandakı Hərbi Hava Qüvvələrinin Komandanı general-polkovnik J. Oşuaqnesi "Şimali Koreya regional sabitliyə ən böyük təhdid olmağa davam edir. Əgər lazım olsa, seçəcəyimiz yer və zamanda ölümcül zərbələr endirməyə hazırıq", - açıqlamasını verib.
ABŞ Prezidenti Tramp isə Twitter sosial şəbəkəsindən Çini tənqid edib.

"Çin məni məyus etdi. Keçmişdəki axmaq prezidentlərimiz onlara hər il yüz milyard dollarlıq ticarət etmələrinə imkan verdilər, lakin onlar Şimali Koreya məsələsində bizim üçün heç nə etmədilər. Bu vəziyyətin belə davam etməsinə icazə verməyəcəyik. Çin bu problemi asanlıqla həll edərdi",- deyə Tramp bildirib.
Çin Şənbə günü sınağı pisləmiş və tərəfləri təmkinli olmaqa səsləmişdi.