“Tramp İran xalqından üzr istəməlidir”

ABŞ prezidenti Donald Tramp İran xalqını təhqir etdiyi üçün üzr istəməlidir.

rian.ru-ya istinadən xəbər verilir ki, bu fikri İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının sessiyası çərçivəsində Trampın çıxışını şərh edərkən deyib.

Tramp və ya Ağ Ev rəsmiləri ilə görüşüb, görüşməyəcəyinə aydınlıq gətirən Ruhani deyib ki, İran ABŞ-la bir neçə il müddətində danışıqlar aparıb, ancaq indi Vaşinqton İranın nüvə proqramı ilə bağlı imzalanan sazişdən çıxacağı ilə Tehranı təhdid edir: “Ona görə də Ağ Ev rəsmiləri ilə görüşə ehtiyac duymuram. Bütün bunlardan öncə Tramp üzr istəməlidir. Çünki Tramp BMT Baş Assambleyasında çıxışında İran xalqını təhqir edib və ona görə üzr istəməlidir”.