Tramp Fələstinə maliyyə yardımı dayandıra bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin İsrail ilə sülh danışıqların aparılmasında maraqlı deyil.
 
Bu barədə D. Tramp özününü Twitter səhifəsində yazıb.
 
ABŞ prezindenti bu səbəbdən Fələstinə hər il yüz milyonlarla dolların verilməsi məsələsinin sual altına qoyub.
 
"Biz heç nədən nəinki Fələstinə, diqər ölkələrə də milyardlarla dollar ödəyirik. Misal üçün, biz fələstinlilərə ildə milyonlarla dollaq ödəyirik amma əvəzində nə təşəkkür, nə də hörmət görürük," — deyə D,Tramp bildirib.
 
Onun sözlərinə görə, Fələstin İsrail ilə sülh danışıqları aparmaq istəmir.
 
Tramp əlavə edib ki, ABŞ danışıqlar gündəminin "ən çətin hissəsi olan" Qüds məsələsini çıxarıb.
 
"Lakin əgər fələstinlilər danışıqları aparmaq istəmirsə, nə üçün gələcəkdə biz onlara böyük həcmdə pul ödəməliyik?" — deyə ABŞ prezidenti vurğulayıb.