EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Tozlu hava şəraiti martın 11-dək davam edəcək

Tozlu hava şəraiti martın 11-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

 

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

 

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.Tozlu hava şəraiti martın 11-dək davam edəcək

Facebook