Toya gedən bəy gəlini maşından endirib bu hala saldı - Video

Çində baş tutan bir toyda baş verənlər hamını şoka salıb.

Bəzənərək toy salonuna gələn bəylə gəlin xoşbəxtliyə doğru ilk addımını dava edərək atıb.

İddiaya görə, toy hazırlıqları zamanı çox pul xərcləməli olan bəy xoş günündə də canını qurtara bilməyib. Belə ki, gəlin maşınının sürücüsü və gəlin özü avtomobildə də ondan pul istəyib. Bu isə bəyi özündən çıxardıb.

Maşın evin önünə çatanda gəlin avtomobildən enmək üçün bəydən yenə pul istəyib. Əsəblərinə hakim ola bilməyən bəy onu maşından edirərək toy salonuna doğru sürüyüb və təpikləməyə başlayıb.