Təmir işlərinə görə sərnişinlər bu stansiyadan yararlana bilməyəcəklər

Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacağı deyilir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin bildirdiyinə görə, “Sahil” metro stansiyası təmir olunacaq.

N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.

Qeyd edək ki, dəqiq olmayan məlumatlara görə stansiyanın bir il müddətinə sərnişinlərin üzünə bağlanacağı söylənilir.