Tibb işçilərinin maaşında artımlar niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Tibb işçilərinin maaşında artımlar niyə gecikir? - RƏSMİ AÇIQLAMA

"Əməkhaqqı ilə bağlı anlaşmazlıqlar var. Nazirlər Kabinetinbin qərarında yazılıb ki, məhz əməkhaqları işlədiyi günlərə mütənasib şəkildə əlavə olunub".

 

Rakurs.tv xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

 

"Tibb müəssisənin rəhbərləri qeyd edir ki, bu bir ayda bir gün işləyibsə, bütün ayın maaşını almalıdır. Statistik rəqəmlərə görə tibb işçilərinə ümumilikdə 6 milyondan çox vəsait ödənilib.

 

Təəssüf ki, siyahılarda müəyyən uyğunsuzluqlar yaranır. Bu gecikmə və vəsaitin çatışmaması ilə bağlı deyil. Sadəcə dəqiqləşdirmələr aparılır. 10 mindən çox tibb işçisi bu əlavələri alıblar" - Z.Əliyev bildirib.

Facebook