Təhsil Nazirliyi: "Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır"

Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.

APA-ya istinadla bildirilir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib. O, müəllimliyə imtahan verən bəzi şəxslərin nəticələrinin uğurlu olmadığını, davranışlarının seçdikləri peşəyə uyğun gəlmədiyini qeyd edib.

Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir.

4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: "Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".