Təhsil haqlarının ödənilmə qaydası dəyişdirilir

Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir.

APA-nın məlumatına görə bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. 

Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən "təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.