Təhlükəsizlik qüvvələri iki terrorçunu zərərsizləşdirib

Eastnews.org-un verdiyi xəbərə görə, İranın təhlükəsizlik qüvvələri iki terrorçunu zərərsizləşdirib.

"İRNA" agentliyinin verdiyi məlumata əsasən, bu barədə kəşfiyyat naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə görə, terrorçular Çabahar və Kürdüstan vilayətlərində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

"İki terrorçu məhv edilib. Daha beş nəfər həbs olunub. Onlar qonşu ölkənin vətəndaşlarıdır" – deyə Ələvi bildirib. Lakin nazir söhbətin hansı ölkədən getdiyini açıqlamayıb.