EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Teymur Rəcəbov onlayn turnirdə məğlub oldu

Teymur Rəcəbov onlayn turnirdə məğlub oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.

 

33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib.

 

 

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 7:6. 

 

Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.  

 

Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır. 

Facebook