Azərbaycan nümayəndə heyəti İsraildə səfərdədir - FOTO
- 26.02.2023 23:46:41
- İQTİSADİYYAT
Elektromobil istehsalçısı “Tesla” sükan mexanizmindəki nasazlıq riski səbəbindən ABŞ-da 40 168 avtomobilini geri çağıracaq.
Bu barədə ölkənin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) press-relizində deyilir.
Bildirilir ki, 2017-ci ildən 2021-ci ilə qədər istehsal edilmiş bəzi Model S və Model X avtomobilləri geri çağırılacaq. Məlumata görə, İlon Maskın şirkəti səhvi düzəltmək üçün proqram təminatı yeniləmək niyyətindədir.
Sözügedən nasazlıq riskinin qəza ehtimalını artırdığı vurğulanır.