Terrorçular Afrindən qaçan əhalinin yolunu kəsdi

Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzi hissəsinə hücuma hazırlaşdığı bir vaxtda mülki insanlar terrorçuların nəzarətindəki əraziləri tərk etməyə başlayıb.

Axar.az xəbər verir ki, Afrini tərk etmək istəyənlər rejimin nəzarətindəki Nubul və Zəhra ərazilərinə üz tutub.

Afrini tərk etməyə çalışanlara YPG/PKK terrorçuları mane olub. Belə ki, terrorçular Afrinin çıxışında insanların yolunu kəsərək onların döyüş bölgəsini tərk etməsinə əngəl törədiblər.

Qeyd edək ki, Afrində “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.