Telman İsmayılov qətldə ittiham olundu

Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılova qətl hadisəsi ilə bağlı cinayət işi açıb. “Qafqazinfo” xəbər verir ki, İstintaq Komitəsi qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə biznesmenin təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul edib.

İstintaq Komitəsi əmindir ki, T.İsmayılov ötən il baş verən iki iş adamı Vladimir Savkin və Yuri Brılevin qətlin planını qardaşları Rafiq və Vaqif  İsmayılovlarla birgə həyata keçirib. Cinayəti həyata keçirən isə Mehman Kərimov olub. Bundan başqa, İsmayılov qanunsuz silah dövriyyəsində ittiham olunur. 

Hazırda Telman İsmayılov interpolun xətti ilə beynəlxalq axtarışa verilib.