“Təcrid illərlə uzana bilər”

Qətərə qarşı yürüdülən təcrid siyasəti illərlə uzana bilər.

Bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş deyib.

Nazir Qətərin öz siyasətini dəyişməyəcəyi təqdirdə izolyasiya prosesinin uzana biləcəyini və Küveytin vasitəçi kimi çıxış etməsinin daha məqsədə uyğun olduğunu bildirib.

Qarqas həmçinin qeyd edib ki, Türkiyə Qətər məsələsində ideoloji hədəfləri və milli mənfəətləri arasında balansı qorumağa çalışır.